![2025-ci ilə fırtına kimi başlayan komandaya QƏPİK-QURUŞ VERİLDİ](https://www.sportinfo.az/media/2025/02/08/73019923_2700117743351918_1401579971943596032_n.jpg)
2025-ci il «Səbail» üçün yaxşı başlayıb.
Premyer Liqada qalmaq savaşı aparan «dənizçilər» son 3 turda uduzmayıb.
«Sumqayıt»a səfərdə 2:0, Bayılda «Kəpəz»ə 1:0 hesabıyla qalib gələn komanda Tovuz səfərindən də 1 xalla qayıdıb.
«Turan Tovuz»la əldə edilən 1:1 sayəsində xallarının sayını 7-yə çatdıran «Səbail»ə uğurlu seriyanı davam etdirmək çətin olacaq.
Çünki Cavid Hüseynovun çalışdırdığı kollektivə rəhbərlik səviyyəsində normal diqqət göstərilmir. Autsayderin oyunçuları qeydə alınan nəticələrə görə cəmi 1000 manat mükafat alıb.
21 tura 16 xal toplayan «Səbail» hazırda turnir cədvəlinin sonuncu - 10-cu pilləsində yerləşib. «Dənizçlər» ondan üst pillələrdə qərarlaşan «Şamaxı» və «Kəpəz»dən cəmi 1 xal geri qalır.
SPORTİNFO.AZ