COP29

Bakıya gəldi, gördüklərindən şoka düşdü: “Hiss edirəm ki,...”

6 Fevral 23:20 Səbail 226
Bakıya gəldi, gördüklərindən şoka düşdü: “Hiss edirəm ki,...”

“Rəqabətdən qətiyyən çəkinmirəm.

Əksinə, burada mənə ilk dəstək verən mənimlə eyni mövqedə oynayan futbolçular oldu”.

“Səbail”in yeni müdafiəçisi Marko Nikoliç Sportinfo.az-a açıqlamasnda komandadakı atmosferdən söz açıb.

Karyerası ərzində bir neçə müxtəlif ölkələrdə top qovan serbiyalı stopper Azərbaycandakı günlərindən məmnundur.

O, Bakıya gəldiyi gündən özünə qarşı istilik və mehribanlıq görüb ki, buna görə futbolçu yoldaşlarına təşəkkür edir:

“Məsələn, mərkəz müdafiəçisi Amir Bilali məni doğma qardaşı kimi qarşıladı. Halbuki onunla eyni mövqedə çıxış edirəm.

Heç nəyi düşünmədən daim yanımda olmağa çalışır. Dmitri Litvin və digərləri də həmçinin.

Gördüklərimdən yaxşı mənada şoka düşdüm, açığı. Hiss edirəm ki, əsas heyətdə kimin oynamasından asılı olmayaraq, burada əsl qardaşlıq ab-havası var.

Amir zədəsini sağaldandan sonra bəlkə də o, oynayacaq, mən ehtiyatda oturacam. Ya da birlikdə mübarizə aparacağıq.

Bilmək olmaz, bəlkə üç stopperlə oynayacağıq (gülür).

Belə şeylər məni narahat etmir. Əksinə, kollektivdə rəqabətin olması çox yaxşıdır. Belə olanda, məsuliyyət hissi artır, məşqlər ağır keçir”.

İndiyə qədər beş fərqli ölkədə top qovan Nikoliç vətəni Serbiyada “Zemun”, “İndiya”, “Rad”ın, Ukraynada Kiyev “Arsenal”ın, Macarıstanda “Debretsen” və “Budafoki”ın, Litvada “Riteryay”ın, Qazaxıstanda “Aksu” və “Turan”ın formasını geyinib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...