![“Qarabağ”ı sevindirən xəbər - Ciddi əksikləri var](https://www.sportinfo.az/media/2025/02/06/6766f29c98f8042.jpg)
Yeni ildə Premyer Liqada məğlub olmayan “Səbail” növbəti sınaq qarşısındadır.
Aktivinə 2 qələbə və 1 heç-heçə yazdıran “dənizçilər” ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında “Qarabağ”ı qəbul edəcək.
Meydan sahibləri bu oyuna itkilərlə çıxacaq.
Əməliyyatdan sonra bərpa dövrü keçən Ayman Buali ilə Cabir Əmirli qarşılaşmanı kənardan izləyəcəklər. Zədəsini sağaldaraq məşqlərə başlayan Amir Bilalinin hazırkı durumu bu matçda iştirak etməyə imkan vermir.
Son həftələrdə inamlı təsir bağışlayan yeni transfer Marko Nikoliç ayağında ağrılar hiss etdiyindən, həftəiçi məşqlərdə iştirak etməyib.
Serbiyalı stopperin də oyunu kənardan izləyəcəyi böyük ölçüdə dəqiqdir.
Bu gün “ASCO Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ