COP29

Problem bu imiş - Direktorun adamlarını uzaqlaşdırdı, özü və komandası “nəfəs aldı”

5 Fevral 21:20 Səbail 397
Problem bu imiş - Direktorun adamlarını uzaqlaşdırdı, özü və komandası “nəfəs aldı”

Üç tura 7 xal - «Səbail» ötən ildə qalmayıb.

Cavid Hüseynov klubun həyatında yeni səhifə açıb, ölmüş ümidləri təkrar cücərdib.

Noyabr-dekabr aylarında hədsiz böyük tənqidlərə məruz qalmış baş məşqçi ondan narazıların sıralarını sürətlə seyrəltməkdədir. Təbii ki, gördüyü iş, oynatdığı futbolla.

«Səbail» o aylarda futbol oynamırdı. Dağınıq təsir bağışlayır, meydana hansı niyyətlə çıxdıqları bilinmirdi.

Həmin pərakəndəlikdən, urvatsız futboldan əsər-əlamət qalmayıb daha. Məzmunlu və məqsədli oyunu, mübarizə əzmi ilə göz oxşayırlar.

Cavid Hüseynov nə etdi ki, komanda ona tabe oldu, istədiyi qəlib formasını aldı? Bir qədər gec, amma düzgün tədbir almaqla.

Ehtiyat igidin yaraşığıdır. Baş məşqçi Zamiq Hüseynovun xəbər aparıb-gətirən «xəfiyyələr»ini kollektivin içindən uzaqlaşdırmaqla bir güllə ilə iki dovşan vurdu.

İdman direktorunun suyu bulandıran adamlarını neytrallaşdırmaqla düşərgənin havasını dəyişdi və təmizlədi.

«Səbail»in Premyer Liqanın son həftələrindəki uğurlu çıxışının əsas səbəbi budur.

Bu gün futbolçular bilir ki, burada söz sahibi Cavid Hüseynovdur, onunla kəllə-kəlləyə gəlmək lazım deyil, verdiyi tapşırıqları yerinə yetirmək lazımdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 19:30 Çək və bizə göndər!
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər