COP29

Böhran yaşayan və ortalıqda tək buraxılan klubdan SPONSOR AÇIQLAMASI

29 Yanvar 20:00 Səbail 818
Böhran yaşayan və ortalıqda tək buraxılan klubdan SPONSOR AÇIQLAMASI

«ASCO ilə klub arasında mövsümün sonuna qədər qüvvədə olan sponsorluq müqaviləsi var.

Müqaviləyə uyğun olaraq əməkdaşlıq davam edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Hazırda Premyer Liqada ağır günlər yaşayan «Səbail» əsas himayədarından gələn xəbərlə şok olub.

«Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) 2016-cı ilin yayından etibarən himayə etdiyi kluba maliyyə dəstəyini dayandırıb.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin adından «dənizçilər»ə bununla bağlı xəbərdarlıq olunub.

Bildirilib ki, ASCO tərəfindən mövsümün əvvəlində Bayıl təmsilçisinə ayrılan 1,5 milyon manat mayın sonunadək tam şəkildə ödəniləcək, iyundan etibarən isə burada çalışan hər kəs öz başının çarəsini qılmalıdır.

Çünki həmin tarixdən etibarən, «Səbail»ə 1 manat da vəsait verilməyəcək, başqa sözlə, klub AFFA-nın və onun tapacağı yeni sponsorun ümidinə qalacaq.

R.Məmmədov mövcud durumla bağlı aşağıdakıları söyləyib:

“Bundan əvvəlki mövsümlərdə də sponsorluq müqaviləsi 1 il müddətinə bağlanıb və növbəti ilin əvvəlində yenilənib. Yəni dəyişən və ya yenilik kimi göstərə biləcəyimiz hər hansı məqam yoxdur.

Bannerlərə gəlincə, bəli, stadionda bannerlərdə yenilənmə işləri aparılır, amma bunun sponsorun maliyyə dəstəyini dayandırması ilə hər hansı əlaqəsi yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti