COP29

“Hər günümüz video və məşqlərdən ibarətdir” – “Ölü” komanda necə “dirildi”?

29 Yanvar 19:40 Səbail 528
“Hər günümüz video və məşqlərdən ibarətdir” – “Ölü” komanda necə “dirildi”?

Premyer Liqanın ikinci yarısı “Səbail” üçün uğurlu başlayıb.

Qış fasiləsinə sonuncu pillədə yollanan “dənizçilər” yeni ilə ardıcıl 2 qələbə ilə başlayan iki komandadan biridir (digəri “Zirə”dir).

Cavid Hüseynovun baş məşqçi postuna təyinatından sonra 5 oyunun 4-də məğlub olub, 1-də heç-heçə edən Bayıl təmsilçisinin son iki oyunda əsas rəqiblərinə qalib gəlməsi təəccüb doğurmaya bilməz.

Qısa müddətdə nə dəyişdi? Futbolçular qış fasiləsində nə yeyib-içdilər ki, kəskin dəyişiklik yaşandı?

Qvineya-Bisaulu hücumçu Madi Queta Sportinfo.az-a açıqlamasında səbəb göstərib:

“Bu komandanın potensialı həqiqətən yüksəkdir. Çox yaxşı futbolçularımız var.

Sadəcə, çempionatın ilk yarısında ardıcıl məğlubiyyətlər ümidsizlik yaratmışdı. Belə olduğu halda fasilə çox vacib idi.

Uğurlu çıxışımızın bir nömrəli səbəbi Allahın bizə verdiyi dəstəkdir. Məhz onun məsləhəti sayəsində istəyimizə çatmağı bacardıq.

Digər məqam daha çox işləməkdir. Məşqçilər heyəti bizə çox sayda videosüjetlər göstərirlər.

Gecə-gündüz oyunlarla bağlı videolara baxırıq, təhlil edirik. Hər günümüz video və məşqlərdən ibarətdir. Daha yaxşı olacağımıza əminəm”.

2025-ci ilə ardıcıl 2 qələbə ilə başlayan “Səbail” xalların sayını 15-ə yüksəldərək sonuncu pillədə yer alan “Kəpəz”i 1 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti