COP29

Aeroportdakı təsadüfi görüşdən üzə çıxan detallar: Dedi, get, öz gözlərinlə gör”

28 Yanvar 23:00 Səbail 950
Aeroportdakı təsadüfi görüşdən üzə çıxan detallar: Dedi, get, öz gözlərinlə gör”

“Vaxtilə Azərbaycanda oynamış serbiyalıların çoxunu tanıyıram.

Bura gələrkən Branimir Subaşiçlə danışdım”.

“Səbail”in yeni transferi Marko Nikoliç Sportinfo.az-a açıqlamasında maraqlı hadisəyə toxunub.

26 yaşlı serbiyalı müdafiəçi “dənizçilər”lə müqavilə bağlamaq üçün Bakıya gələndə, yolda təsadüfən Azərbaycan millisinin sabiq üzvü ilə rastlaşıb.

O, Nikoliçi ölkəmizdən və buradakı şəraitdən xəbərdar edib, öz tövsiyələrini verib:

“Subaişlə eyni şəhərdən – Belqraddanıq. Öz dövrünün tanınmış hücumçularından olub.

Bilirəm ki, yaxşı komandaların formasını geyinib, vaxtilə Azərbaycan yığmasının şərəfini qoruyub, burada çoxlu qollar vurub. Hazırda bizneslə məşğuldur.

Branimirlə təsadüfən hava limanında görüşdük. Azərbaycanla bağlı danışanda, məni təbrik etdi, ölkəniz, mentalitetiniz və insanlarınızla bağlı məlumatlar verdi.

Dedi, danışmaqla deyil, get, öz gözlərinlə gör. Və Bakıya gəldiyim ilk gündən Subaşiçin söylədiklərinin canlı şahidi oldum. Bura həqiqətən möhtəşəmdir”.

İndiyə qədər beş fərqli ölkədə top qovan Nikoliç vətəni Serbiyada “Zemun”, “İndiya”, “Rad”ın, Ukraynada Kiyev “Arsenal”ın, Macarıstanda “Debretsen” və “Budafoki”ın, Litvada “Riteryay”ın, Qazaxıstanda “Aksu” və “Turan”ın formasını geyinib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 16:20 "Qarabağ" yolda - FOTOLAR