COP29

Özbəkistan yığmasının kapitanı Azərbaycan klubunda - SON DƏQİQƏ

27 Yanvar 12:40 Səbail 6 363
Özbəkistan yığmasının kapitanı Azərbaycan klubunda - SON DƏQİQƏ

«Sabah» 2025-ci ilin ikinci transfer çalışmasını bitirib.

Bir neçə gün öncə Qaxaxıstan yığmasının qapıçısı Stas Pokatilovla müqavilə imzalamış «bayquşlar» bu gün daha bir legionerlə anlaşıb.

Masazır təmsilçisinin yeni oyunçusu Umarali Rahmonaliyevdir. O, yaxın günlərdə Azərbaycana təşrif buyuracaq.

Umaralı özbəkistanlıdır və 21 yaşı var. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən gənc «Bunyodkor»un yetirməsidir.

2023-cü ilin yayından bəri Rusiyaya üz tutub, «Rubin»lə müqavilə bağlayıb. İndiyədək premyerliaqada 17 oyun keçirib.

Rahmonaliyev Özbəkistanın U-19 və U-20 yığmalarının formasını geyinib. 2023-cü ildən U-23 millisinə dəvət alır və burada kapitan sarğısını daşıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 17:20 Bu da YAXŞI XƏBƏR deyil
27 Yanvar 02:40 "Ordu" məğlub oldu