COP29

Azərbaycanın məşhur konserni bu klubu himayəsinə götürə bilər

27 Yanvar 10:40 Səbail 1 990
Azərbaycanın məşhur konserni bu klubu himayəsinə götürə bilər

AZAL Hava Konserni yenidən futbol sferasına dönə bilər.

Bu barədə müxtəlif mənbələrdən saytımıza yetərincə maraqlı informasiya daxil olub.

Saytımıza bildirildiyinə görə, konsernin «Səbail»i himayəsinə götürməsi gözlənilir.

Belə ki, AFFA bu kluba yeni «çətir» tapmaq məqsədilə fəaliyyətə başlayıb.

Federasiya birbaşa dövlətə bağlı bir neçə şirkətlə danışıqlara start verib. Həmçinin iki holdinqə müraciət olunub.

AZAL da onlardan biridir. AFFA sözügedən konsernin «Səbail»i öz qanadı altına almasını daha çox istəyir.

Çünki onların bəlli bir futbol təcrübəsi var. AZAL 2006-2018-cı illər aralığında bu sahəyə yatırım edib.

«Olimpik», «Olimpik-Şüvəlan» və sonda AZAL adlanan klubun əsas dəstəkçisi olub.

«Təyyarəçilər» Premyer Liqadan düşəndən sonra konsern onun bazası əsasında «Şüvəlan»ı yaradıb və iki il də I Liqada yarışan komandaya maliyyə dəstəyi verib.

O da bizə bəllidir ki, hazırda Premyer Liqada ağır günlər yaşayan «Səbail» əsas himayədarından gələn xəbərlə şok olub.

«Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) 2016-cı ilin yayından etibarən himayə etdiyi kluba maliyyə dəstəyini dayandırıb.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin adından «dənizçilər»ə bununla bağlı xəbərdarlıq olunub.

Bildirilib ki, ASCO tərəfindən mövsümün əvvəlində Bayıl təmsilçisinə ayrılan 1,5 milyon manat mayın sonunadək tam şəkildə ödəniləcək, iyundan etibarən isə burada çalışan hər kəs öz başının çarəsini qılmalıdır.

Çünki həmin tarixdən etibarən, «Səbail»ə 1 manat da vəsait verilməyəcək, başqa sözlə, klub AFFA-nın və onun tapacağı yeni sponsorun ümidinə qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 17:20 Bu da YAXŞI XƏBƏR deyil
27 Yanvar 02:40 "Ordu" məğlub oldu