COP29

Ölkəmizdə legioner həyatı yaşamış argentinalı yarımmüdafiəçi Çilidə

11:00 Səbail 354
Ölkəmizdə legioner həyatı yaşamış argentinalı yarımmüdafiəçi Çilidə

Azərbaycanda “Səbail”in formasını geyinmiş Franko Mazurekin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 2023-cü ilin yayında “Səbail”i İsrailin “İroni” klubuna dəyişən argentinalı yarımmüdafiəçi artıq oranı da tərk edib.

31 yaşlı hücumameyilli oyunçu 8 illik Avroppa macərasına son qoyub. O, karyerasını Çilidə davam etdirəcək.

Belə ki, Mazurek B Liqasında mübarizə aparan Kopiapo “Deportes”i ilə müqavilə imzalayıb.

Daha əvvəl Çilidə “Palestino”da oynamış pleymeyker bu dəfə elitaya vəsiqə qazanmağı hədəfləyən “Deportes”in şərəfini qoruyacaq.

Franko Mazurek 2022-23 mövsümündə “Səbail”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti