COP29

Baş məşqçidən gözlənilməz qərar - Dostunu analitikə dəyişdi

14 Yanvar 09:40 Səbail 1 068
Baş məşqçidən gözlənilməz qərar - Dostunu analitikə dəyişdi

«Səbail»in çalışdırıcısı Cavid Hüseynov gözlənilmədən məşqçi korpusunda yerdəyişmə edib.

Ötən ilin noyabrında «dənizçilər»in sükanı arxasına keçən gənc mütəxəssis analitik Ceyhun Rzayevi özünə əsas köməkçi təyin eləyib.

İki il öncə də «Şamaxı»da Hüseynovla bərabər olmuş, 2 ay qabaq da «Səbail»ə gəlmiş Rzayev burada Elvin Məmmədovun yerini tutub.

Baş məşqçinin yaxın dostu isə korpusda adi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Komandanı Premyer Liqada son 5 oyuna çıxaran və bu müddətdə dörd məğlubiyyətlə üzləşən Cavid Hüseynov, deyəsən, hələ çox əziyyət çəkməli olacaq.

Yeni baş məşqçi bir tərəfdən komandanı, o yandan da öz çevrəsini «təmizləməli»dir. Vüqar Bəybalayevin baş menecer vəzifəsindən uzaqlaşdırılması bu yöndə atdığı addımlardan biridır.

«Turan Tovuz»dan bura gələn gənc mütəxəssis indi özünün seçdiyi köməkçilərlə lə yola getmir.

Kurban Berdiyevin sabiq yardımçısı Elvin Məmmədov başda olmaqla, korpusunda yer alan bütün məşqçilərə barmaq silkələyib.

Hüseynov anidən belə etməyib. Qulağına çatıb ki, əhatəsindəki şəxslər ondan rəhbərliyə şikayət edib.

Şikayətin motivi?

Funksionerlə görüşdə baş məşqçinin oynatdığı futboldan narazılıq ifadə olunub. Çalışdırıcı bu söhbəti eşidər-eşitməz təcili iclas keçirib və «kim mənimlə işləmək istəmirsə, elə indi çıxıb gedə bilər, qapı açıqdır» söyləy ib.

Çox maraqlıdır ki, Cavid Hüseynovun bu sözü kimisə yerindən tərpətməyib. Bir nəfər də ayağa qalxaraq, otağı tərk etməyib. Hamı dinməzcə yerində dayanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı