“Premyer Liqada son bir ilə deyil, dörd ilə nəzər yetirdikdə, daxildə cərəyan edən proseslər fonunda çətinliklər yaşayan komanda "Səbail"dir.
Hazırda kluba cavabdeh olan şəxslər futboldan anlayan insanlardır.
Cavid Hüseynova şans verməklə, perspektivi düşündüklərini, yenidən struktur formalaşdırmağa cəhd etdikləri görünməkdədir.
Gecikilmiş, amma düzgün strategiya ilə qarşıdakı mövsümlərdə komandanı fərqli mövqelərdə görə bilərik. Amma əsas onu deyək ki, Şahin Diniyevlə çox vaxt itirildi”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” haqda danışıb, komandanın gələcəyi haqda fikirlər səsləndirib.
Hazırda “dənizçilər”də yenidənqurulma prosesinin başlanıldığını bildirən Elçin Cəfərov 3 il öncə baş məşqçi təyin edilən, amma işləməyə imkan verilməyən Mahmud Qurbanovla bağlı da önəmli tezislər səsləndirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN