«Səbail»in baş məşqçisi Cavid Hüseynovin «Turan Tovuz»dan hansı futbolçuları istədiyi məlum olub.
O, yarımmüdafiəçi Xəyal Nəcəfov və hücumçu Otto Conun icarəyə verilməsinə təşəbbüs göstərib.
Ötən ilin noyabrında Kurban Berdiyevin köməkçisi vəzifəsindən ayrılaraq «dənizçilər»in sükanı arxasına əyləşmiş mütəxəssis keçmiş klubunun başbilənlərinə üz tutub.
Нaxın dostu, idman və marketinq üzrə direktor Səməd Nəsibov vasitəsilə İdarə Heyətinin sədri Ehtiram Quliyevə müraciət edərək, kömək istəyib.
Hüseynov 2 aydır çalışdırdığı komandanın Premyer Liqadan düşmək ehtimalından narahat olaraq, iki futbolçunun onlara icarəyə verilməsini xahiş eləyib.
Gənc məşqçi bildirib ki, hazırkı iş yerində çoxsaylı problemlər mövcuddur, «Səbail» rəhbərliyi ona normal transfer büdcəsi ayırmır və özü də nə edəcəyini müəyyənləşdirməyə çətinlik çəkir.
Bayıl təmsilçisi çempionatın ilk iki dövrəsindən sonra turnir cədvəlinin 10-cu pilləsinə yuvarlanıb. Komanda 18 tura cəmi 9 xal toplayıb və doqquzuncu sıradakı «Kəpəz»dən 2 xal geri qalırlar.
SPORTİNFO.AZ