COP29

İki ay qabaq çıxıb getdi, dostu vasitəsilə xahiş etidi, 2 futbolçu istədi

16:30 Səbail 822
İki ay qabaq çıxıb getdi, dostu vasitəsilə xahiş etidi, 2 futbolçu istədi

«Səbail»in baş məşqçisi Cavid Hüseynov «Turan Tovuz» rəhbərliyinə minnətçi düşüb.

Ötən ilin noyabrında Kurban Berdiyevin köməkçisi vəzifəsindən ayrılaraq «dənizçilər»in sükanı arxasına əyləşmiş mütəxəssis keçmiş klubunun başbilənlərinə üz tutub.

O, yaxın dostu, idman və marketinq üzrə direktor Səməd Nəsibov vasitəsilə İdarə Heyətinin sədri Ehtiram Quliyevə müraciət edərək, kömək istəyib.

Hüseynov 2 aydır çalışdırdığı komandanın Premyer Liqadan düşmək ehtimalından narahat olaraq, iki futbolçunun onlara icarəyə verilməsini xahiş eləyib.

Gənc məşqçi bildirib ki, hazırkı iş yerində çoxsaylı problemlər mövcuddur, «Səbail» rəhbərliyi ona normal transfer büdcəsi ayırmır və özü də nə edəcəyini müəyyənləşdirməyə çətinlik çəkir.

Bayıl təmsilçisi çempionatın ilk iki dövrəsindən sonra turnir cədvəlinin 10-cu pilləsinə yuvarlanıb. Komanda 18 tura cəmi 9 xal toplayıb və doqquzuncu sıradakı «Kəpəz»dən 2 xal geri qalırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti