COP29

“Neftçi”də parladı, ilyarımdan sonra qayıtdı, qəpik-quruşa razılaşdı

8 Yanvar 23:00 Səbail 1 685
“Neftçi”də parladı, ilyarımdan sonra qayıtdı, qəpik-quruşa razılaşdı

Mirabdulla Abbasov ilyarınlıq fasilədən sonra peşəkar futbolçu karyerasını bərpa edib.

29 yaşlı hücumçu bundan sonra “Səbail”in uğurları üçün tər tökəcək.

2018-ci ilin ən yaxşı futbolçusu adına layiq görülən təcrübəli forvard dönüş qərarını pul qazanmaq üçün yox, yenidən yaşıl meydanlarda görünmək üçün verib.

Belə olmasaydı, futbolçular üçün qəpik-quruş sayılan məbləğə razılaşmazdı.

O, köhnə-yeni klubunda ayda 2 min manatdan bir qədər az qazanacaq.

Abbasov cari mövsümün sonuna qədər özünü yaxşı tərəfdən göstərə bilsə, həm müqavilənin müddəti, həm də məvacibi artırılacaq.

Qeyd edək ki, daha çox “Neftçi”nin heyətindəki çıxışı ilə tanınan səbəbkar 2019/20 və 2022/23 mövsümlərində “dənizçilər”in formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti