«Səbail» ağır dönəmdən keçir.
Komandanı Premyer Liqada son 5 oyuna çıxaran və bu müddətdə dörd məğlubiyyətlə üzləşən Cavid Hüseynov, deyəsən, hələ çox əziyyət çəkməli olacaq.
Yeni baş məşqçi bir tərəfdən komandanı, o yandan da öz çevrəsini «təmizləməli»dir. Vüqar Bəybalayevin baş menecer vəzifəsindən uzaqlaşdırılması bu yöndə atdığı ilk addımdır.
Ötən ilin noyabrında «Turan Tovuz»dan bura gələn gənc mütəxəssis indi özünün seçdiyi köməkçilərlə lə yola getmir.
Kurban Berdiyevin sabiq yardımçısı Elvin Məmmədov başda olmaqla, korpusunda yer alan bütün məşqçilərə barmaq silkələyib.
Hüseynov anidən belə etməyib. Qulağına çatıb ki, əhatəsindəki şəxslər ondan rəhbərliyə şikayət edib.
Şikayətin motivi?
Funksionerlə görüşdə baş məşqçinin oynatdığı futboldan narazılıq ifadə olunub. Çalışdırıcı bu söhbəti eşidər-eşitməz təcili iclas keçirib və «kim mənimlə işləmək istəmirsə, elə indi çıxıb gedə bilər, qapı açıqdır» söyləy ib.
Çox maraqlıdır ki, Cavid Hüseynovun bu sözü kimisə yerindən tərpətməyib. Bir nəfər də ayağa qalxaraq, otağı tərk etməyib. Hamı dinməzcə yerində dayanıb.
SPORTİNFO.AZ