Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail”ə pul ayrılmayacaq.
Mövsümün gedişində Şahin Diniyevi əvəz edən Cavid Hüseynov qış fasiləsində heyətin güclənəcəyinə və genişlənəcəyinə ümid edirdi.
Lakin bu, onun üçün arzu olaraq qalacaq. Baş məşqçiyə mövsümün əvvəlində ayrılan büdcədə əlavə və dəyişikliklərin olmayacağı bildirilib.
Çıxış yolu daxili imkanlar hesabına həll yolunu tapmaqdır. Bunun üçün bir yol var.
Hüseynovun xidmətinə ehtiyac duymadığı 3-4 futbolçu ilə yolları ayırıb, onların əvəzinə 2-3 nəfəri gətirmək. Gənc çalışdırıcı rəhbərlikdən iki hücumçunun transferini istəyib
Hazırda ayrılığın qapısında olan namizədlərlə ortaq dil tapılması yönündə danışıqlar davam etdirilir. Bu ilin sonuna qədər məsələ həllini tapmalıdır ki, 2025-in ilk ayında yenilər müqaviləyə imza atsın.
18 turdan sonra aktivində 9 xal olan “dənizçilər” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
HƏBİB