Xəbər verdiyimiz kimi, qış fasiləsində “Səbail”i tərk edənlərdən biri Vüsal Məsimov olacaq.
Bununla bağlı qərar verilib, qalır rəsmi məlumatın dərc edilməsi.
24 yaşlı “solaxay”la Premyer Liqanın iki klubu yaxından maraqlanır.
Biri “Kəpəz”dir, digəri “Şamaxı”.
Ötən mövsüm Gəncə təmsilçisinin şərəfini qoruyan və buradakı şəraitlə yaxından tanış olan Məsimovun Şamaxıya üz tutacağı real görünür.
Vüsal Premyer Liqada ilk addımlarını “Turan Tovuz”da Ayxan Abbasovun rəhbərliyi altında atıb ki, hazırda “Şamaxı”nı məhz bu məşqçi çalışdırır.
Növbəti həftə bununla bağlı rəsmi məlumat veriləcək.
Vüsal mövsümün ilk yarısında “dənizçilər”in heyətində 9 oyunda şans qazanmaqla 2 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ