COP29

Yerli statusunun kölgəsində gizlənən belə gənclər kimə lazımdır?

31 Dekabr 2024 17:45 Səbail 1 031
Yerli statusunun kölgəsində gizlənən belə gənclər kimə lazımdır?

Tez-tez gənc futbolçulara Premyer Liqada çalışan baş məşqçilər tərəfindən az şans verilməsi çox müzakirə olunur.

Ki, yerli futbolçular daha çox oyun dəqiqəsi əldə etməklə artıra, inkişaf edə bilərlər. Yanaşmada həqiqət payı az deyil.

Lakin "Səbail"in hücumçusu Samir Abdullayev bu fikrin heç də hər zaman özünü doğrultmadığını meydandakı çıxışı ilə əyani göstərmiş olur.

Bayıl təmsilçisi yeni mövsümə əsas forvard kimi Ayman Bouali ilə çıxmışdı.

İnsafən, Mərakeşli legionerin də ümidləri doğrultduğunu demək olar.

Meydana çıxdığı ilk 7 matçında aktivinə 2 qol, 4 məhsuldar ötürmə yazdırması belə düşünməyə əsas verir.

Yəqin ki, "Səbail"in nəticələri yaxşı olsaydı, onun də göstəriciləri daha yaxşı ola bilərdi. Premyer Liqamız üçün normal səviyyəsi olduğu aşkar görünür.

Təbii ki, Aymanın uğurlu çıxışı fonunda yuxarıda adını çəkdiyimiz Abdullayev ehtiyat skamiyanın daimi sakini idi.

Amma 25 yaşlı əcnəbinin 14-cü turun "Qarabağ"la matçından əvvəl ciddi zədə alması gənclər millimizin üzvünün əsas heyətə yolunu açmış oldu.

Müvəqqəti baş məşqçi Elvin Məmmədov və hazırkı baş məşqçi Cavid Hüseynovun başqa alternativi olmadığından davamlı olaraq 22 yaşlı azərbaycanlı forvarda güvənmək məcburiyyətində qaldı.

Bəs Samir nə etdi?

Sözün həqiqi mənasında heç nə!

O, son 6 görüşdə əsas heyətdə meydana çıxıb.

Və özünü göstərməsi üçün nə az, nə çox 499 dəqiqə zamanı olub.

Amma nə qol vura bilib, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Bir gəncin özünü göstərməsi üçün bundan əla fürsət?

Amma Samir dəyərləndirməsini bilmir. Sabah da haqlı olaraq yerini hansısa əcnəbi tutacaq.

Deməli, şans vermək heç də hər zaman özünü doğruldacaq anlamına gəlmir.

İlk öncə mübarizə aparmalı, heyətdə oynamağı alın təri ilə haqq etməlisən.

Daha yerli statusunun kölgəsində mürgüləmək yox.

Xatırladaq ki, bu həmin Samir Abdullayevdir ki, Avropa çempionatının seçmə mərhələsində Ukraynaya məğlub olduğumuz (0:1) oyunun 63-cü dəqiqəsində əvəzləndiyi üçün Azərbaycan U-21 millisinin baş məşqçisi Samir Əliyevə sərt etiraz etməklə yadda qalmışdı. O, hətta çalışdırıcıya əl uzatmaqdan belə imtina etmişdi.

Samirin kaşki iddiası qədər bacarığı da olaydı. Bacarıq? Adamın heç iradəsi yoxdur. Baş məşqçi Cavid Hüseynov hər mətbuat konfransında hücum xəttində şikayətlənir.

İradəsi olan futbolçu ən azı bu tərəflərdən cana doyar, meydanda iki qat gücü ilə mübarizə apararaq çalışdırıcını sözlərinə görə peşman edərdi.

Əksinə, hər keçən həftə haqlı olmasına tək verdi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!