«Səbail»in baş məşqçisi Cavid Hüseynov islahata start verib.
Bayıl klubu bu ilin yayında sıralarına qatdığı Vüsal Məsimova qapını göstərib.
Noyabrda sükan arxasına keçən çalışdırıcı «Kəpəz»dən gəlmiş müdafiəçinin komandaya yararlı olmadığı barədə rəhbərliyə raport verib.
2000-ci il təvəllüdlü oyunçunun «dənizçilər»lə müqaviləsi gələn ilin yayınadək idi. «Səbail» Hüseynovun bu qərarına görə ona təzminat ödəməli olacaq.
SPORTİNFO.AZ