Şimali Makedoniya yığmasının qapıçısı İqor Aleksovski karyerasını Azərbaycanda davam etdirmək fürsəti yaxalayıb.
«Səbail» ona təklif göndərib.
Premyer Liqanın geridə qalan 18 turunda qapısından 30 top buraxan «dənizçilər» daha Hüseynəli Quliyevə güvənmək istəmir.
Yeni baş məşqçi Cavid Hüseynov yerli «əlcək sahibi»ndən narazıdır və «çərçivə»ni əcnəbiyə tapşırmaq yönündə fəal iş aparır.
Aleksovskinin 29 yaşı var. O, 2022-ci ildən bəri ölkəsində «Rabotniçki»nin formasını geyinir.
Öncələr Şimali Makedoniyanın U-18, U19 və U-21 yığmalarının formasını geyinmiş qapıçı 2 ildir əsas milliyə dəvət alır.
SPORTİNFO.AZ