COP29

Premyer Liqada işləmək iddası - Tələsən təndirə düşər və ya peşmanlıq hissi

17:00 Səbail 345
Premyer Liqada işləmək iddası - Tələsən təndirə düşər və ya peşmanlıq hissi

Beş oyunda dörd məğlubiyyət və yalnız 1 heç-heçə.

Bu, Cavid Hüseynovun «Səbail»də əldə erdiyi nəticələrdir.

Baş məşqçini dəyişən klub rəhbərliyi gərək Bayılda yas çadırı qursun. Buradan mən də onlara dərin hüznlə «başınız sağ olsun» deyirəm.

Şahin Diniyevi göndərdilər ki, bəlkə əlləri bala batdı. Batmağına batdı, amma başqa şeyə.

Cavid Hüseynov «Səbail»də çalışmaq qərarı verməsindən dolayı qətiyyən peşman olmadığını söyləyib. O. artıq neçənci dəfədir eyni məzmunlu şikayətlər edir.

Gah heyətin azlığından, gah zədəlilərin çoxluğundan, gah hücumçuların yoxluğundan gileylənir.

Hər şeydən bir az-bir az dad eləyir, ancaq demir ki, postu təhvil alandan sonra komanda niyə futbol oynamır.

Vallah, düz sözümdür, Elvin Məmmədov baş məşqçi səlahiyyətlərini yerinə yetirsəydi, «Səbail» bu qədər məğlubiyyəti yan-yana düzməzdi.

Akademiyadan tutub birini də bu vəzifəyə təyin etsəydilər, billah, onda da belə uğursuzluqlar olmazdı.

Əşşi, nə qədər demək olar, Cavid Hüseynov Premyer Liqada işləməyə hələ hazır deyil. onun üçün tezdir.

O ki qala əskisi tüstülü bir komandanın yükünü qaldırmaq olsun.

Yaxşı və dəyərli insandır, ədəb-ərkanlıdır. Ancaq bu, «Səbail»də keçmir. Şahin Diniyevdən «n» qədər problemi miras qalıb ona.

Tələsdi «hə» deməyə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"