COP29

Buzlu BƏHANƏ

15 Dekabr 22:05 Səbail 220
Buzlu BƏHANƏ

Artıq dörd oyun keçdi.

Heç nə dəyişməyib: köhnə hamam, köhnə tas.

Cavid Hüseynov 1 aydır «Səbail»dədir, gözlər yenə Şahin Diniyevi axtarır.

Komanda onun vaxtında bundan qat-qat sanballı və baxımlı oynayırdı.

Rəhbərlik qoltuğunda əyləşənlər guya ağıllı iş gördülər. Bunların hər işi belədir: qaş düzəltməli olduğu yerdə vurub göz çıxarırlar.

«Səbail» Premyer Liqada qalmaq niyyəti ilə Diniyevi Hüseynovla əvəzlədi. O isə ardıcıl 3 məğlubiyyətdən sonra Şamaxı səfərində ilk xalını hıqqana-hıqqana, zıqqana-zıqqana qazandı.

İki gündür bu xalı bəh-bəhlə təqdim edirlər.

Cavid Hüseynov deyib ki, buzlu meydançanın vəziyyəti futbol oynamağa imkan vermədi.

Off…

Çox gülməli bəhanədir. «Səbail» bu 1 ayda hansı buzsuz qazonda normal futbol oynayıb ki, ay Cavid müəllim?

Barmağını qatla və birini nümunə göstər. Şamaxının qarlı sahəsinin qələbəyə mane törətdiyini söyləmək heç yerinə oturmayan iddiadır.

Belə sözlərlə gözə kül üfürmək Hüseynovun məşqçi bacarığına lap kölgə salır. Onsuz da, əksəriyyət bu fikirdədir ki, Premyer Liqada işləmək hələ onun üçün tezdir.

Elə bəndəniz də eyni düşüncəni bölüşür.

Şahin Diniyevi yola sala bilmişdilərsə, gərək təcrübəli birini gətirərdilər. Yaxud misalçün, Aftandil Hacıyevi geri qaytarardılar.

«Səbail» Cavid Hüseynovla vaxt və güc itirir.

Bu gün qar, sabah boran. Ertəsi gün yağış, ta obirisi gün leysan.

Qurtar bu söhbətləri, komandanın oyununa bax, gücün çatırsa, onu düzəlt, nəticəni göstər, Cavid Hüseynov!

Rauf Vəliyev futboldan uzaq şəxsdir. Bunu bilməyə bilər. Bəs Elxan Məmmədovun kluba yerləşdirdiyi kadrlar?

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 22:05 Buzlu BƏHANƏ
15 Dekabr 20:00 Çək və bizə göndər!
15 Dekabr 17:45 Sumqayıt RƏZALƏTİ!
15 Dekabr 11:30 Səni də burada görək...
15 Dekabr 07:50 Bu faydalarını bilirdiz?