Cavid Hüseynovun "Səbail"də ilk transferi İlkin Muradov oldu.
İntizamsızlığa görə "Şamaxı"dan qovulan yarımmüdafiəçi Bayıl təmsilçisi ilə 1,5 illik müqavilə imzalandı.
Hüseynov tez-tez heyətin kasad olmasından şikayətlənir. Muradov isə hazırda heç də pis formada deyil. Bu mövsüm "Şamaxı" formasında 12 oyun keçirib. Bu baxımdan komandanın gücünə güc qata bilər.
Amma paytaxt klubunda yeni transferlə bağlı ciddi narahatlıq hər şeyi arxa plana atıb.
Səbəb Muradovun sabiq komandasında yaşanan hadisələrdir.
Xəbər verdiyimiz kimi, hazırda "Şamaxı"da "oyun alveri" ilə bağlı araşdırma gedir. İddialar bir neçə gün əvvəl bölgə klubundan göndərilən Adil Nağıyev və Georgi Kantariya ilə bağlıdır.
Prosesə Adil Nağıyevin otaq yoldaşı olmuş Muradovun cəlb edilməsi də gözlənilir.
"Səbail" rəsmilərinin belə məqamda narahat olması başadüşüləndir.
SPORTİNFO.AZ