Ötən həftə “Şamaxı”dan ayrılan İlkin Muradovun yeni iş yerinin adına aydınlıq gəlib.
28 yaşlı yarımmüdafiəçi karyerasını paytaxt təmsilçisində davam etdirəcək.
Muradov Cavid Hüseynovun şəxsi istəyi ilə “Səbail”ə dəvət olunub.
Onunla 2026-cı ilin yayına qədər 1,5 illik müqavilə nəzərdə tutulub.
“Dənizçilər” yaxın günlərdə transfer xəbərini rəsmən açıqlayacaq.
U-21 millimizin sabiq üzvü Premyer Liqada “Zirə”, “Şamaxı” və “Səbail”in heyətində 159 oyunun iştirakçısı olmaqla 3 qola imza atıb.
HƏBİB / SPORTİNFO.AZ