COP29

Türkiyəli məşqçi Azərbaycan klubundan ayrıldı

00:30 Səbail 140
Türkiyəli məşqçi Azərbaycan klubundan ayrıldı

Şahin Diniyevin dönəmində “Səbail”də köməkçi kimi fəaliyyət göstərən Sebahattin Tekin Bakı klubu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis bununla bağlı paylaşım edib.

50 yaşlı məşqçi kluba və azarkeşlərə təşəkkürünü bildirib:

“İki mövsümdür çalışdığım Premyer Liqa klubu “Səbail”dən İdarə Heyəti ilə görüşdə qarşılıqlı anlaşaraq ayrıldım.

İşlədiyim müddətdə mənə dəstək olan məşqçi heyətinə, rəhbərliyə, klub işçilərinə, azarkeşlərimizə və media nümayəndələrinə təşəkkür edirəm.

Bundan sonrakı dönəmdə “Səbail”ə və yeni məşqçi korpusuna uğurlar arzulayıram”.

Sebahattin Tekin ötən ilin yayında sabiq baş məşqçi Şahin Diniyevin dəvəti ilə “Səbail”ə gəlib. Klub bir müddət əvvəl Diniyevlə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 11:00 Uğurlarınız BOL OLACAQ!
25 Noyabr 09:40 AFFA ona vəzifə verdi