COP29

Öz adamını vəzifəyə gətirdi, Premyer Liqa klubuna 1 milyon əlavə büdcə ayrıldı

19 Noyabr 20:00 Səbail 1 492
Öz adamını vəzifəyə gətirdi, Premyer Liqa klubuna 1 milyon əlavə büdcə ayrıldı

«Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev Şahin Diniyevin gedişindən sonra «Səbail»in büdcəsini zənginləşdirib.

O. himayəsindəki kluba əlavə olaraq 1 milyon manat ayırıb. Bu vəsaitin hara xərclənəcəyi də artıq müəyyənləşdirilib.

Məbləğin bir qismi mükafat fondu üçün nəzərdə tutulub. Əhəmiyətli hissə isə yeni transfer əməliyyatlarının həyata keçirilməsinə sərf olunacaq.

Bilindiyi kimi, Cavid Hüseynov qış fasiləsində islahatlar aparmaq niyyətindədir.

Bugünlərdə 2 illik müqaviləyə imza atan baş məşqçi Diniyevdən ona yadigar qalan heyəti yetərli saymır. «Turan Tovuz»dan bura gələn mütəxəssis ən azı 4 yeni oyunçu almaq iddiasındadır.

Yəqin ki, onun istəyi həyata keçiriləcək. Axı Cavid Hüseynovu kluba gətirən Rauf Vəliyevin özüdür.

O, nəyəsə görə yox, sırf bir rayondan olduqları üçün belə seçim edib. Sözügedən təyinatın nə dərəcədə uğurlu olub-olmayacağını isə qarşıdakı həftələrdə görəcəyik.

Rauf Vəliyev bu mövsüm Cavid Hüseynovdan çox şey tələb etmir. Yeganə hədəf komandanın Premyer Liqada qalmasıdır.

Sədrin bu yolda səxavətli davranacağı şübhə doğurmur. Hər halda ortada onun adı var. Həm də ki, düzgün kadrla işbirliyinə girdiyini ictimaiyyətə sübut eləmək istəyindədir.

Şahin Diniyev üçün o, əlini daşın altına qoymurdu. Çünki onu hələ ötən mövsümün sonunda, may ayında istefaya göndərməyi qərarlaşdırmışdı.

Yaxın münasibət saxladığı vəzifəli şəxslərdən birindən gələn zəngə görə planını təxirə salmalı olmuş, müqavilənin daha 1 il müddətinə uzadılmasına razılaşmaq məcburiyyətində qalmışdı.

Vəliyev həmin hörmətli zatın sözündən çıxa bilməsə də, mövsümün gedişi Diniyevin özünü təngə gətirdi.

Başda icraçı direktor Firuz Abdulla və idman direktoru Zamiq Hüseynov olmaqla, rəsimlərlə yola getməyən baş məşqçi noyabrın 3-də istefa verdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?