Baş məşqçi postunu Şahin Diniyevdən təhvil alan Cavid Hüseynovun «Səbail» rəhbərliyindən ilk istəyi məlum olub.
Bayıl təmsilçisi ilə 2 illik müqavilə imzalayan gənc mütəxəssis hazırkı heyəti Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirmək üçün kifayət saymır.
O, qış fasiləsi zamanı 4 yeni oyunçunun alınmasını tələb edib. 36 yaşlı çalışdırıcı əsas üstünlüyü legionerlərə verəcəyini bildirib.
Hüseynov həmçinirn bəzi əcnəbi futbolçularla vidalaşmağı düşündüyünü söyləyib.
SPORTİNFO.AZ