Dünən «Səbail»in sükanı arxasına keçən Cavid Hüseynov sabahdan etibarən yeni işinin icrasına başlayacaq.
«Dənizçilər»lə 2 illik müqavilə bağlamış mütəxəssis özünə əcnəbi yardımçı götürməyə qərar verib.
O, İspaniya və Portuqaliyadan olan məşqçilər arasında seçim edir. Həmin köməkçi fiziki hazırlığa məsuliyyət daşıyacaq.
Hüseynov yaxın dostu Elvin Məmmədovu özünə köməkçi təyin edib. Analtik vəzifəsini Zaur Əliyev tutub.
Şahin Diniyevlə bərabər çalışmış Fuad Əsədov da qapıçılarla işini davam etdirəcək. Vüqar Bəybalayev seleksioner olaraq görəvinin başında qalıb.
SPORTİNFO.AZ