COP29

Mən getdim, salamat qalın – Bunun kimi bir vida etdi

13 Noyabr 03:10 Səbail 1 307
Mən getdim, salamat qalın – Bunun kimi bir vida etdi

"Turan Tovuz"dan ayrılan Cavid Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, "Səbail"ə baş məşqçi təyin olunan mütəxəssis ida paylaşımında bunları qeyd edib:

"Hər zaman işin ən çətin tərəfi sənin üçün doğmalaşan, əziz olan yerdən gedərkən sağollaşmaqdır. Çünki belə anlarda müxtəlif hisslər insana hakim kəsilir.

Geridə qalan müddətdə dünyanın ən nüfuzlu və təcrübəli baş məşqçilərindən olan Kurban Berdiyevin yanında qazandığım əvəzsiz təcrübə məşqçilik karyeramın yeni dönəmində çox böyük üstünlük olacaq.

Kurban müəllimə və "Turan Tovuz” rəhbərliyinə, başda prezident Ehtiram Quliyev, Səməd Nəsibov olmaqla, bütöv "Turan" ailəsinə isti, ailəvi münasibətə görə sonsuz təşəkkürümü bildirirəm.

Bundan başqa, istər futbolçu, istərsə də məşqçilik karyeramda gördüyüm ən çılğın, sədaqətli azarkeş qrupundan olan Tovuz fanatlarına dərin minnətdarlığımı çatdırıram.

"Turan Tovuz” komandasına bundan sonra da böyük uğur və müvəffəqiyyət arzulayıram. Sizi heç zaman unutmayacam".

Cavid Hüseynov "Turan Tovuz"da baş məşqçi Kurban Berdiyevin köməkçisi vəzifəsində çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti