Şahin Diniyevin istefasını qəbul edən «Səbail» rəhbərliyi yeni baş məşqçinin kimliyini demək olar müəyyənləşdirib.
Son anda qeyri-adi hadisə baş verməsə, Cavid Hüseynov «dənizçilər»in sükanı arxasına keçəcək.
Əsas odur ki, klubun Müşahidə Şurasının sədri Rauf Vəliyev onun namizədliyi üzərində möhkəm dayanıb.
Sadəcə… Bu təyinatın açıqlanması gələn həftəyə qədər ertələnə bilər.
Səbəb də maraqlıdır: Bayıl təmsilçisi həftəsonu Premyer Liqanın 13-cü turu çərçivəsində məhz Hüseynovun Kurban Berdiyevin köməkçisi kimi çalışdığı «Turan Tovuz»la üz-üzə gələcək.
Gənc mütəxəssis 6 aya yaxındır işlədiyi kluba hörmət əlaməti olaraq, anlaşmanın bu matçdan sonra elan edilməsini istəyib.
SPORTİNFO.AZ