Premyer Liqanın 12-ci turunda «Kəpəz»ə səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra «Səbail»dən istefa verən Şahin Diniyevi kimin əvəzləyəcəyi qarşıdakı günlərdə rəsmən açıqlanacaq.
Hələlik ən real namizəd Cavid Hüseynovdur.
Hazırda «Turan Tovuz»da Kurban Berdiyevin köməkçisi işləyən mütəxəssislə danışıqların yekun nəticəsinin ictimaiyyətə bəlli olması üçün bir qədər göjzləməliyik.
«Dənizçilər» bu gün növbəti turun hazırlıqlarına start verəcək. Rəhbərlik məşqələrə nəzarəti Elvin Məmmədova tapşırıb.
Bayıl təmsilçisinin 19 yaşlılardan ibarət komandasını çalışdıran millinin keçmiş yarımmüdafiəçisi 2-3 gün də olsa, burada iş başında dayanacaq.
SPORTİNFO.AZ