COP29

“Sportinfo”nun xəbəri təsdiqləndi - Premyer Liqada baş məşqçi ayrılığı reallaşdı

3 Noyabr 18:25 Səbail 1 338
“Sportinfo”nun xəbəri təsdiqləndi - Premyer Liqada baş məşqçi ayrılığı reallaşdı

"Səbail" bu gün Premyer Liqanın 12-ci turu çərçivəsində "Kəpəz"in qonağı oldu və 0:1 hesabı ilə uduzdu.

Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra istefa verdi.

O, qərarını mətbuat konfransında açıqladı:

"Oyun haqda danışmalı bir şey yoxdur. Rəhbərliklə görüşdüm.

Öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim.

Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm.

Bütün oyunlarda vuruşdular. Bu, futboldur, hər şey olur".

Beləcə, dünən saytımızın yaydığı növbəti xəbər də öz təsdiqini tapdı. Heç o yan-bu yan olmadı. Nə yazdıqsa, az öncə Diniyev onları öz diliylə doğruladı (https://www.sportinfo.az/idman_xeberleri/sebail/207275.html).

Tovuz səfərindən öncə «Səbail» rəhbərliyi ilə Şahin Diniyev arasında toplantı keçirilib. İcraçı direktor Firuz Abdulla ilə baş məşqçinin görüşü gərgin keçib.

«Dənizçilər»in aparıcı funksioneri çalışdırıcı ilə kifayət qədər açıq danışıb, «Xəzər Dəniz Gəmçiliyi»nin və klubun İdarə Heyətinin sədri Rauf Vəliyevin komandanın çıxışından narazılığını onun diqqətinə çatdırıb.

O bildirib ki, sponsor şəxs yaradılan şəraitin qarşılığında bu cür nəticələri qəbul etmir və turnir cədvəlinin 9-cu pilləsində olmağı «Səbail»ə yaraşdırmır.

İcraçı direktor Diniyevdən uğursuz göstəricələrin səbəblərinə dair hesabat istəyib, diqqətə çatdırıb ki, son vaxtlar əksər futbolçular ondan şikayətçidir.

F.Abdulla qeyd edib ki, bu cür gedişat qəbulolunmazdır və vəziyyət dəyişməzsə, adekvat addımlar atılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti