COP29

Klubda rəhbərlik - baş məşqçi “müharibə”si qızışır: O, istefa vermək fikrindən uzaqdır

27 Oktyabr 2024 22:55 Səbail 3 764
Klubda rəhbərlik - baş məşqçi “müharibə”si qızışır: O, istefa vermək fikrindən uzaqdır

Bir müddətdir ki, «Səbail»də daxili çəkişmələr şiddətlənib.

İdarəçilərlə Şahin Diniyev artıq «soyuq müharibə» dönəmini arxada buraxıb, açıq-aşkar bir-birlərinə düşmən kəsilib.

Xahiş-minnətlə baş məşqçi postunda qalan Diniyev sonadək müqavimət göstərmək niyyətindədir. Sıralanan məğlubiyyətlər heç onun qulağına da deyil.

Psixoloji mübarizənin hər cür variantına hazır kimi görünür.

«Sumqayıt»la dünənki yenilgiyə «daha yaxşı günlərimiz qabaqdadır» donu geyindirdi.

Biz bu açıqlamanı tərsinə oxumalıyıq.

«Səbail»in çöküşdə olmasını, əlbəttə, Diniyev görür və başa düşür. O, indi belə danışmaqla, sadəcə, açıq verir rəhbərliyə.

Sözünün əsl canı budur ki, ölsəniz də öz xoşumla istefa verən, gedən deyiləm, müqavilə müddəti bitənədək buradayam.

Şahin Diniyev «Səbail»dən ayrılandan sonra birdəfəlik pensiyaya çıxacaq. Bir də Premyer Liqada işləməyəcəyini bilir.

«Səbail» son klubudur və bütün gücüylə çalışır ki, qapını bərk çırpsın, mümkün qədər çox qazansın, həmçinin işçi heyətin əsəblərini korlasın, onları haldan-hala salsın.

Bu «əsəb döyüşü» hələ bir müddət davam edəcək. Ukrayna - Rusiya müharibəsinin bundan tez başa çatacağını güman etmək olar.

Bayılda isə sular korlana-korlana gedəcək. Bulanıq suyun təmizlənməsi üçün Rauf Vəliyevin ortalıqda görünməsi mütləqdir.

ASCO-nun şefi nə vaxt Diniyevə görə ona xahiş edənin sözündən çıxacaq, onda da «Səbail»də yeni era başlayacaq.

Vəliyevin özündə bu cəsarəti nə vaxt tapacağı da müəmmalıdır.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti