COP29

“Neftçi”nin qələbəsində iki səbəb üzə çıxdı – Kapitan gizlətmədi

20:00 Səbail 947
“Neftçi”nin qələbəsində iki səbəb üzə çıxdı – Kapitan gizlətmədi

“Neftçi” cari mövsümdə ilk qələbəsini qazandı.

“Neftçi Arena”da baş tutan qarşılaşmada meydan sahibləri “Səbail”i 3:1 hesabı ilə məğlub etməyi bacardı.

Hüseynəli Quliyevin qurtarışları olmasaydı, hesab arasındakı fərq daha böyük ola bilərdi.

Matç başa çatandan sonra “dənizçilər”in kapitanı Yusif Nəbiyev Sportinfo.az-a yenilgi ilə bağlı təəssüratlarını bölüşüb:

“Məğlubiyyətin başlıca səbəbi “Neftçi”ylə görüşdə planlaşdırdığımız oyunu sərgiləyə bilməməyimiz oldu. Uduzmamaq üçün hər şey etsək də, təəssüf ki, məğlub olduq.

Digər səbəb bəzi futbolçuların yoxluğu idi. İtkilərimiz olmasaydı, yekun nəticə bizim üçün sərfəli ola bilərdi.

Çünki mövsümün əvvəlindən bu yana daim əsas heyətdə şans qazanan futbolçularla anlaşma səviyyəsi daha yüksəkdir.

Çempionat uzun marafondur. Bu oyun başa çatdı, “Sumqayıt”la növbəti qarşılaşmaya hazırlaşacağıq”.

Bu qələbədən sonra “Neftçi” xalların sayını 8-ə yüksəldərək 7-ci pilləni “Səbail”in əlindən alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti