COP29

“Neftçi”dən qorxmaqmı? - Gedən ayaqda da futbolçularını ələ salır bu adam

21 Oktyabr 17:40 Səbail 2 687
“Neftçi”dən qorxmaqmı? - Gedən ayaqda da futbolçularını ələ salır bu adam

Yeni mövsümə bərbad start götürən «Səbail» Premyer Liqanın ikinci dövrəsini də məğlubiyyətlə «salamladı».

Samir Abasovun «Neftçi»yə qayıdışına qələbəylə «xeyir-dua» verdilər.

Şahin Diniyev matçsonrası mətbuat konfransında buna nə cür don geyindirsə yaxşıdır?

Sözü dağdan, arandan söz salandan sonra buyurdu ki, futbolçuları rəqibin adından qorxub. Əlavə etdi ki, Samir Abasov Qusardan «Neftçi»yə özüylə bir kis əvə şabalıd gətirib.

Əşşi, bu adam düzəlməyəcək də.

Bəhanə üçün cibə girmək xasiyyətindən əl çəkmir də.

Bir tək vəzifədə qalmaqdan ötrü hamını ayağa vermək vərdişini tərkitmir də.

Nə var, ayda 10-12 min manat maaş alacaq, başqalarını günahkar çıxarır. Məğlubiyyətdə hər kəs təqsirkardır, bir ondan savayı.

Eh, gülünc məntiqinə quzu kəsim, Diniyev!

Bu həmin futbolçulardır da, ilk dövrədə «Neftçi»yə qol vurmuş, 1 xal qazanmışdılar. Onda rəqibdən qorxmadılar da, indimi əl-ayaqları əsdi, elə?

Ey, səninləyəm, cavab ver, «tapış» məşqçi!

Samir Abasovun Qusardan bir kisə qoz-fındıq və şabalıd gətirməyinə qalanda… Abasov hələ «Sumqayıt»da olanda, sənin qoltuğuna o qız-fındıqdan, şabalıddan çox verib.

Qoy, Samir Abasov Qusardan Bakıya meyvə-çərəz daşımağında olsun, sən də get kilsədə qara şamını yandır. Yoxsa məbəddə oxuduğun dualar da artıq köməyinə gəlmir?

Futbolçularını mediaya pisləyən, gülüş obyektinə çevirən bir məşqçi görmədim ki, uğur qazansın. Şahin Diniyev artıq neçənci dəfədir ki, gündəlik iş münasibətində olduğu kollektivi KİV önündə yerə vurur.

Özünü təmizə çıxara bilməyəcək. Bu, onun son akkordlarıdır. Klubun yiyələri baş məşqçini dəyişməsə və ya özü könüllü istefa verməsə, oyunçular onu zurna-balabanla yola salacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti