“Səbail” “Neftçi”ylə oyuna itkilərlə çıxacaq.
"Dənizçilər” vacib qarşılaşmada dörd nəfərin xidmətindən məhrum olub.
Qorka Laruçça ilə Mert Çelik sarı vərəqə limitini doldurduğuna görə matçı kənardan izləməyə məcburdur. Süleyman Alluşla Fərid Nəbiyev isə zədəlidir.
Hər iki futbolçu ötən həftə keçirilən məşqlərdə və “Baku Sportinq”lə yoldaşlıq görüşündə iştirak etməyib.
Nəbiyevlə Alluş ən yaxşı halda “Neftçi”ylə oyuna 2-3 gün qalmış kollektiv çalışmalara qoşulacaq ki, belədə, əsas heyətdə yer alacaqları inandırıcı görünmür.
Ən yaxşı halda adları iştirak ərizəsinə salına bilər.
Oktyabrın 19-da “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ