COP29

“Bu, “Neftçi” üçün motivasiyadır” – Baş məşqçi inamlı danışdı

15 Oktyabr 20:40 Səbail 2 898
“Bu, “Neftçi” üçün motivasiyadır” – Baş məşqçi inamlı danışdı

“Neftçi”də baş məşqçi dəyişikliyindən sonra “sükan” arxasına Samir Abasov keçdi.

Mövsümün gərgin vaxtında yenilənmənin komandaya hansı fayda verəcəyini qarşıdakı oyunlar göstərəcək. Növbəti rəqib isə “Səbail”dir.

Sözügedən komandanın baş məşqçisi Şahin Diniyevin fikrincə, baş məşqçi dəyişikliyi “ağ-qaralar”a fayda verəcək.

Mütəxəssis bununla bağlı Sportinfo.az-a açıqlama verib:

“Yeni baş məşqçinin gəlişi futbolçular üçün motviyasiyadır. Çünki adından və yaşından asılı olmayaraq, hər bir futbolçu özünü yeni çalışdırıcıya göstərməyə, sübut etməyə çalışır.

“Kəpəz”ə məğlubiyyətdən sonra “Neftçi”də yeni nəfəsə ehtiyac var idi. Dəyişikliyin doğru, yoxsa yanlış olduğunu şərh etmək istəmirəm, bunu klub rəhbərliyi bilər.

Bilirəm ki, bizə qarşı oyunda bütün futbolçular maksimumu edəcək. “Neftçi”nin heyətində keyfiyyətli futbolçuların sayı çoxdur”.

Komandalar arasında 2 xal fərq olduğunu nəzərə alsaq, qələbə “Neftçi”ni önə keçirəcək, heç-heçə isə aradakı məsafəni qoruyacaq. Diniyev qələbə arzusunu gizlətmir:

“Tək bu yox, hər oyuna qələbə üçün çıxırıq. Desəm ki, “Neftçi”ylə görüşdə qələbə şansımız çoxdur, yalan olar.

Sözsüz, favorit onlardır. Lakin bu, o demək deyil ki, məğlubiyyəti göz önünə alırıq, yaxud rəqibdən çəkinirik.

Meydanımn hər santimetri uğrunda mübarizə aparan komanda görəcəyik”.

Oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək duel saat 18:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti