COP29

Formada olan ispaniyalı legioner: "İçimdə acı bir hiss vardı"

13 Oktyabr 17:45 Səbail 2 604
Formada olan ispaniyalı legioner: "İçimdə acı bir hiss vardı"

Mövsümə uğursuz start verən "Səbail" milli fasiləyə qələbə ilə yollana bildi.

Doğma meydanda "Şamaxı"nı qəbul edən kollektiv 3 xalı 2 qolla qazandı - 2:0.

Matçın adamı isə sözsüz ki, Qorka Laruçça oldu.

90 dəqiqə əla oyun sərgiləyən ispaniyalı meydanın ən yaxşısı idi.

31 yaşlı yarımmüdafiəçinin 27-ci dəqiqədə vurduğu fantastik qol sanki göstərdiyi oyunun mükafatı oldu.

"8 nömrə" bununla Bayıl təmsilçisindəki qol sayını 3-ə çatdırmış oldu.

Adında 2 məhsuldar ötürmə olan Qorka ötən tur "Araz Naxçıvan"la matçda isə (2:3) dublla yadda qalmışdı.

O, məhsuldarlığının gətirdiyi sevinci Sportinfo.az-la bölüşüb:

"Əlbəttə, xoşbəxtəm. Yaxın qohumlarımla bu haqda çox danışdıq. İlk dəfədir mövsümə belə məhsuldar start verirəm. Ümid edirəm ki, davamlı olar.

Bir də önəmlisi odur ki, vurduğum qollar komandama xallar gətirsin. "Şamaxı" ilə oyunda olduğu kimi. Düzdü, ondan əvvəlki matçda 2 dəfə fərqlənə bilmişdim. Amma xal qazana bilmədiyimiz üçün içimdə acı bir hiss vardı".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti