“Səbail” – “Şamaxı” qarşılaşmasının ilk yarısında Ayxan Abbasov sözün əsl mənasında dəliyə dönmüşdü.
Dördüncü hakim Elvin Bayramov bölgə təmsilçisini elə sıxma-boğmaya salmışdı ki...:
“Xətti keçməyin, qışqırmayın”. Əlində əlac olsaydı, “yerinizdə oturun, ayağa qalxmayın” əmrini də verərdi.
İlk hissədəki epizodların birində Ayxan bəy dözməyib dilləndi:
“Nə edək, danışmayaq? Oyun başlayandan ancaq mənimlə danışırsan, oyuna necə baxırsan?
Əliyar (baş hakim Əliyar Ağayev – H.), bu, qoymu mən oyuna baxım. Əliyarı çağır, sözümü deyim. Bu qayda ancaq Azərbaycanda var”.
Çox keçmədən baş hakim “hadisə yerinə” yaxınlaşdı və baş məşqçidən zona qaydalarına riayət etməyi xahiş etdi.
Bununla da, ara sakitləşdi, daşlar yerinə oturdu.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN