Premyer Liqanın 9-cu turunda “Şamaxı” üzərində 2:0 hesabı ilə qələbə qazanaraq “qara zolaq”dan çıxan “Səbail”də istirahət müddəti başa çatır.
Baş məşqçi Şahin Diniyev şənbə günü baş tutan oyundan sonra futbolçularına 3 günlük fasilə verib.
Odur ki, kollektiv oktyabrın 9-da “ASCO Arena”da bir araya gəlib, “Neftçi”ylə oyunun hazırlıqlarına başlayacaq.
Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə “dənizçilər” yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Rəqib I Liqanın iddialılarından sayılan “Baku Sportinq”dir. Oktyabrın 13-də “ASCO Arena”da keçirilməsi nəzərdə tutulan qarşılaşma saat 18:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ