COP29

Budur inkişafından danışdığınız Azərbaycan futbolu? - FOTO+FAKT

7 Oktyabr 23:00 Səbail 555
Budur inkişafından danışdığınız Azərbaycan futbolu? - FOTO+FAKT

Gördüyünüz foto Premyer Liqa matçından çəkilib.

“Səbail”in ,”ASCO Arena”da “Şamaxı”nı qəbul etdiyi oyundan.

Futbol üzrə ölkə çempionatına ev sahibliyi edən stadionun tablosu işləmir. Bu, hansısa Region Liqası, yaxud həvəskar birincilik deyil, Premyer Liqadır.

Stadiona toplaşan azarkeşlər qarşılaşmada neçənci dəqiqənin oynanıldığını bilmək üçün qolundakı saatın, yaxud cibindəki telefonun köməyinə ehtiyac duymalıdır.

“Liv Bona Dea Arena”nın tablosu aylardır işləmir, “ASCO Arena”nın durumu göz qabağındadır, “Neftçi Arena” mövsümün qızğın vaxtında təmirə bağlanır.

Budur inkişafından və peşəkarlığından bəh-bəhlə danışdığınız Azərbaycan futbolu?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 11:00 Burada GƏLİR var!