COP29

Düz deyiblər, paxıllıq deyilmiş bu… İstədiyini irəli dartar, istəmədiyni göldə batırar

7 Oktyabr 14:40 Səbail 1 586
Düz deyiblər, paxıllıq deyilmiş bu… İstədiyini irəli dartar, istəmədiyni göldə batırar

Dörd turluq aradan sonra «Səbail» qələbə qazana bildi.

Mövsümün ikinci 3 xalının sevincini yaşayan Şahin Diniyev, yəqin ki, bundan belə hakimlərin üstünə cımxırmaz və qışqırmaz.

Əliyar Ağayev və başqaları varsa, stressə girməyə nə lüzum?! Sağ olsun, Ramil Diniyev!

Əmisinin çalışdırdığı komandanın hakimlər sarıdan simpatiya görməsi üçün çox tər axıdıb, deyəsən.

Keçən il də belə idi, indi də belədir. Ağzına fit, əlinə bayraq götürənlərin «Səbail»in lehinə idarəçilik etmələri daha bəndənizi təəccübləndirmir.

Ramil Diniyevin bu yolda göstərdiyi xidmətlərdən az-çox qulağıma bir şeylər çatıb deyə.

Sadəcə, ona təəssüflənirəm ki, Əliyar Ağayev də bu kampaniyaya qoşulub.

«Şamaxı»nın cəza limitinin astanasında olan 3 futbolçusuna sarı vərəqə göstərməsi, Brahim Konateyə «qırmızı» verməsi adını çəkdiyim FİFA referisinin ədalətli mövqeyinə məndə böyük şübhə yaratdı, açığı.

İndən sonra nə etsə, Ağayevin qərarlarının doğruluğuna inanmayacam. Gözümdən pis düşdü.

Bunu əvvəllər də çox eşitmişdim, amma inanmamışdım. Deyirdilər ki, Əliyar Ağayev tərəf seçən hakimdir, istədiyi komandanı irəli dartar, istəmədiyini göldə batırar.

Hər dəfə həmkarlarından bu sözü eşidəndə, fikirləşirdim ki, yəqin paxıllığını çəkirlər.

Anladım, yox, bu, paxıllıq deyilmiş. Olanı söyləyirlərmiş, gec də olsa, fərqinə vardım.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti