COP29

"Problem var, klubu bu vəziyyətə salanlar..." – Onun da etiraz səsi eşidildi

4 Oktyabr 23:00 Səbail 593
"Problem var, klubu bu vəziyyətə salanlar..." – Onun da etiraz səsi eşidildi

Premyer Liqada işləri yolunda getməyən komandalardan biri də "Səbail"dir.

Bayıl təmsilçisi arxada qalan 8 turda aktivinə cəmi 4 xal yazdıra bilib.

Son 4 matçda isə Şahin Diniyevin kollektivi ümumiyyətlə xal üzünə həsrətdir.

Acınacaqlı duruma üzülənlərdən biri də komandanın uzun müddət kapitanı olmuş Rahid Əmirquliyevdir.

O, Sportinfo.az-a açıqlamasında da məhz sabiq komandası barədə danışıb:

"Səbail"in indiki durumu heç kimə xoş deyil. Neçə oyundu nə qələbə var, nə də xal.

Düzdüк, bəzi oyunlarda pis çıxış etmirlər. Amma futbolda nəticə önəmlidir. Təəssüflər olsun ki, nəticələr ürəkaçan deyil".

Veteran yarımmüdafiəçi "bəlkə klub daxilində hər hansı problem var" sualına isə belə cavab verib:

"Komanda daxilində olmadığımız üçün nələr baş verdiyini demək çətindir. Ona görə də klubu bu vəziyyətə salan kimlərdi, səbəb nədir, deyə bilmərəm.

Ancaq görünən odur ki, problem var. Olmasaydı, nəticələr belə olmazdı".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq