COP29

Yol üstdə olan baş məşqçi son ümidini Abbasovun komandasına bağladı

5 Oktyabr 16:00 Səbail 2 112
Yol üstdə olan baş məşqçi son ümidini Abbasovun komandasına bağladı

"Şamaxı" ilə görüş Şahin Diniyevin "Səbail"in baş məşqçi postunda son matçı ola bilər.

Bu barədə klubdan informasiya əldə etmişik.

Bayıl təmsilçisi son 4 turda qələbəyə həsrətdir.

Arxada qalan 8 turda isə cəmi 4 xal əldə edə bilib.

Gedişat rəhbərliyin ürəyincə deyil.

Rəsmilər hər açılan səhər Diniyevin istefa xəbərinə ümid edir.

Təcrübəli mütəxəssis isə taleyini qarşıdakı tura bağlayıb.

Düzdü, arxada qalan tur "Araz Naxçıvan"a məğlubiyyətdən sonra çalışdırıcı istefa qərarına gəlib. Amma məşqçilər korpusunda olan digər şəxslər onu qərarından döndərə biliblər.

Ən azı "Şamaxı" ilə qarşılaşmanı gözləməyi tövsiyə ediblər.

O da köməkçilərinin məsləhətinə qulaq asıb.

Bütün fikrini "şirlərlə" matça yönəldən baş məşqçi qələbə qazanmaqla postda ömrünü uzatmağı arzulayır.

Hətta bərabərlik də Diniyevin gedişinə mane olmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti