COP29

Komanda yoldaşlarına söz atdı: "Belə şeylərə icazə verməli deyilik"

2 Oktyabr 21:00 Səbail 305
Komanda yoldaşlarına söz atdı: "Belə şeylərə icazə verməli deyilik"

Premyer Liqanın 8-ci turunda “Araz Naxçıvan”a məğlub olan (2:3) “Səbail”in yarımmüdafiəçisi Qorka Laruçça Sportinfo.az-a açıqlama verib.

O, qarşılaşma barədə düşüncələrini bizimlə bölüşüb:

“Məncə, ağır məğlubiyyət aldıq. Pis oyun keçirmədik.

Hətta hesabda önə də çıxmışdıq. İki qol vurmağımıza baxmayaraq bir xal da əldə edə bilmədik. Bu durum bizi çox üzür”.

Bayıl təmsilçisi fasiləyə 1:0 üstünlüklə yollansa da, ikinci yarıda ardıcıl 3 qol buraxmaqla yadda qaldı.

İspaniyalı legioner qısa müddətdə hesabdakı üstünlüyü əldən vermələrini isə belə şərh edib:

“Həqiqətən, üstünlüyü qısa müddətdə əldən verdik. Amma bunun konkret hansı səbəbdən baş verdiyini deyə bilməyəcəm.

Lakin belə şeylərə icazə verməli deyilik. Ən çətini tabloda önə çıxmaqdır.

Bunu etdikdən sonra asanlıqla qollar buraxmaq olmaz”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu