«Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev himayədarı olduğu «Səbail»ə xəbərdarlıq edib.
O, başında dayandığı klubun rəsmiləri vasitəsilə əsas komandanın məşqçi və futbolçularına mesaj göndərib.
Vəliyev yeni ilədək stadiona gəlməyəcəyini və onlarla görüşməyəcəyini bildirib. «Nəticələr yaxşı olsa, 2025-ci ildə görüşərik.
Ona qədər heç kim məndən nəsə istəməsin. İndi nə qədər məsləhətdirsə, «Səbail»ə o qədər də vəsait ayırmışam» - sədrin adından oyunçulara bu sözlər deyilib.
«Dənizçilər» Premyer Liqaya uğursuz start verib. Yeddi tura vur-tut 4 xal toplayıblar. Turnir cədvəlinin autsayderlər qrupunda yer alan Bayıl təmsilçisi I Liqaya yuvarlanmağa namizədlərdən biridir,
Rauf Vəliyevin Şahin Diniyevə münasibəti dəyişib. Ötən mövsüm komandaya 10 milyon manatın üstündə büdcə avıran sədr sonluğa pərişan alıb.
Avrokuboklar zonasında görmək istədiyi kollektivin imkanlarından qat-qat zəif çıxış etməsi onu şoka salıb. Baş məşqçini bu üzdən hələ mayda yola salmaq istəyib.
Diniyevə əvəzləyici axtardığı günlərdə yüksək vəzifəli şəxslərdən birindən zəng gəlib. Həmin məmur ondan adıçəkilən çalışdırıcıya toxunmamağını xahiş edib.
Mötəbər insanın sözündən çıxa bilməyən Vəliyev Diniyevlə müqavilənin müddətini daha 1 il uzatmağı tapşırıb.
SPORTİNFO.AZ