COP29

"Mən lider deyiləm" - YENİ TRANSFER

21 Sentyabr 17:00 Səbail 1 624
"Mən lider deyiləm" - YENİ TRANSFER

"Səbail" üçün mövsüm heç də ürəkaçan notlarda keçmir.

Arxada qalan 6 turda Şahin Diniyevin kollektivi aktivinə cəmi 4 xal yazdırıb.

Hazırkı gedişat ondan xəbər verir ki, Bayıl təmsilçisi elitada yerini qorumaq uğurunda mübarizə aparacaq.

Qısası, yayda demək olar sıfırdan yığılan kollektiv heç də xoş günlər keçirmir.

Amma "dənizçilər"in yayda heyətinə qatdığı Fərid Nəbiyev barədə fərqli fikirlər səsləndirmək olar.

Belə ki, "Turan Tovuz"u "Səbail"ə dəyişən 25 yaşlı yarımmüdafiəçi parlaq oyunu ilə diqqət çəkir.

O, komandasının vurduğu 8 qoldan 3-də birbaşa iştirak edib.

2 dəfə rəqib torunu özü silkələyib, 1 dəfə isə Ayman Boualinin fərqlənməsi şərait yaradıb. Bir sözlə, qısa müddətdə paytaxt klubunun liderinə çevrilməyi bacarıb.

Sportinfo.az-a açıqlamasında Nəbiyev öz performansını belə şərh edib:

"Açığı, "Səbail"in liderinə çevrildiyimi düşünmürəm. Komandada yetərincə istedadlı futbolçular var.

Hər kəs çalışır ki, "Səbail" üçün əlindən gələni etsin. Hələ yolun başlanğıcındayıq.

Yoldaşlarımla birgə oyundan-oyuna daha yaxşı olacağıq. Bir-birimizi hər keçən gün daha yaxşı başa düşürük.

Oyunumuza irəliləyişə var. Çalışacağıq ki, bunu müsbət nəticələrə çevirə bilək"

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti