COP29

Avazı yaxşı gəlir: “Bir az diqqətli olsaq, yaxşı şeylər edə bilərik”

6 Sentyabr 23:40 Səbail 315
Avazı yaxşı gəlir: “Bir az diqqətli olsaq, yaxşı şeylər edə bilərik”

“Hədərimiz bacardıqca daha çox xal toplayıb yaxşı yerlərdən birini tutmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Mert Çelik deyib.

Cari mövsümdən “dənizçilər”in şərəfini qoruyan “Başakşehir”in yetirməsi qarşılarına qoyulan məqsəddən danışıb:

“Mənə görə, avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacaq heyətimiz var.

Bir az diqqətli olsaq, yaxşı şeylər edə bilərik. Zaman keçdikcə bir-birimizi daha yaxşı tanıyıb uğurlu nəticələrə imza atacağıq”.

“Səbail” ölkə çempionatının ilk 5 turunda 4 xal toplayıb. Bayıl təmsilçisi bu göstərici ilə turnir cədvəlinin 8-ci pilləsində yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti