COP29

“Neftçi”nin xal itirməsi üçün əlimdən gələn hər şeyi edəcəm”

4 Sentyabr 23:00 Səbail 5 029
“Neftçi”nin xal itirməsi üçün əlimdən gələn hər şeyi edəcəm”

“Hazırda “Səbail”in futbolçusuyam, ona görə də ”Neftçi” ilə çox maraqlanmıram”.

“Səbail”in müdafiəçisi Mert Çelik Sportinfo.az-a açıqlamasında sabiq komandası “Neftçi” barədə danışıb.

Əslən Türkiyədən olan, vaxtilə U-21 millimizin şərəfini qoruyan futbolçu 2020-2023-cü illər aralığında “ağ-qaralar”ın şərəfini qoruyub, burada Azərbaycan çempionu olub.

O, paytaxt təmsilçisinin karyerasında oynadığı önəmli rolu unutmur:

“Neftçi”nin yaxşı yerlərdə olmasını hamı kimi mən də istəyirəm. Azərbaycanda tanınıramsa, bu, “Neftçi”nin sayəsində olub.

Bu klubun mənə verdiyi dəyər var ki, onu heç vaxt inkar edə bilmərəm. Yaxşı olacağına ümid edirəm.

Ancaq “Səbail”lə oyunlar zamanı “Neftçi”nin xal itirməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm.

Mert ötən yay “ağ-qaralar”ı tərk etməsinin səbəbini gizlətməyib:

“Nə gizlədim, məqsədim Türkiyəyə qayıdıb, özümü orada sübut etmək idi. Müqavilə ilə məxsus olduğum “Başakşehir”də möhkəmlənmək istəyirdim.

“Neftçi”ylə icarə müqaviləm başa çatan kimi heç kimlə görüşmədim. Çünki planım Türkiyədə oynamaq idi.

İcarə sözləşməm başa çatdı və getdim. Həmin vaxt digər Azərbaycan klublarından da təkliflər vardı”.

24 yaşlı futbolçu “Neftçi”nin formasını geyindiyi 3 il ərzində 53 oyunda meydana çıxmaqla 2 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti